O da zədələndi, millidən getdi

30.09.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

O da zədələndi, millidən getdi

Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek zədələnib.

QOL.az xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, futbolçu son məşqdə topuq nahiyəsindən xəsarət alıb. O, dərhal MRT müayinəsindən keçirilib. Bildirilir ki, zədə səbəindən Şlotterbek milli komandanın düşərgəsini tərk edəcək və Millətlər Liqasında Serbiya və Yunanıstana qarşı keçiriləcək oyunlarda iştirak etməyəcək.

İlkin qiymətləndirməyə görə, futbolçunun zədəsi 2026-cı il dünya çempionatında aldığı xəsarətdən daha yüngüldür və cərrahi müdaxiləyə ehtiyac olmayacaq.

Qeyd edək ki, Şlotterbek dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Fil Dişi Sahilinə qarşı oyunun 13-cü dəqiqəsində zədələnmişdi. Ağrıkəsicilərin köməyi ilə ilk hissəni başa vuran müdafiəçinin daha sonra müayinəsi zamanı dizinin medial bağında yırtıq aşkarlanmışdı.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью