​“O, daha sərt ola bilərdi, amma geri çəkilb” Tramp inanır ki, Putin...

17.11.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerika Prezidenti hesab edir ki, Rusiya lideri Vladimir Putin Ukraynada daha sərt ola bilərdi. 

“AzPolitika” xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Donald Tramp Putinin Ukrayna məsələsində artıq geri çəkildiyini və əslində, daha sərt ola biləcəyini iddia edib.

"Düşünürəm ki, o, bir qədər geri çəkilir. Düşünürəm ki, o, sərt ola bilərdi. Düzünü desəm, düşünürəm ki, o, daha sərt ola bilərdi", - deyə Tramp bildirib və əlavə edib ki, Putin Ukraynadakı savaşın bitməsində maraqlıdır.

Trampdan həmçinin Ukraynada “Starlink”-ə yenidən niyə məhdudiyyətlər tətbiq edildiyi soruşulub.

"Bunun doğru olub-olmadığını bilmirəm. Bu barədə eşitməmişəm", - deyə Amerika Prezidenti cavab verib.

Kremlin sözçüsü Dmitri Peskov Trampın Putin barədə dediklərinə münasibət bildirib və deyib ki, Rusiya başçısı doğrudan da Ukraynada daha sərt ola bilər. Lakin Trampın “Putin bir qədər geri çəkilib” fikrini şərh etməyib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью