O, ən xoşbəxt anım idi 67 yaşını qeyd edən Firəngiz Mütəllimova

01.05.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Bu gün Xalq artisti Firəngiz Mütəllimova 67 yaşını qeyd edir.

Aktrisa ad günü ilə bağlı təəssüratlarını Axşam.az-la bölüşüb. O bildirib ki, bu günü “Tağıyev” filmini izləməklə keçirəcək, ailəvi qeyd etmə isə gələn həftəyə planlaşdırılıb:

“Bu həftə vaxtım yoxdur, gələn həftə ailəmlə birlikdə qeyd edəcəyəm. Özümə və hamıya ilk növbədə can sağlığı arzulayıram. Ən gözəli budur”.

Firəngiz Mütəllimova həyatından razı olduğunu vurğulayaraq, yaşadığı hər anı alın yazısı kimi qəbul etdiyini deyib:

“Həyat elədir ki, hamımız bunu yaşamalıyıq. Acısı və şirini ilə mənə xoşdur. Alın yazımdır, yaşamışam”.

Aktrisa həyatının ən xoşbəxt anının isə Şuşanın işğaldan azad olunması olduğunu bildirib:

“30 il hansı verilişdə qonaq olurdumsa, Şuşadan danışırdım. Onun azad olunduğunu eşidəndə ən gözəl hissləri yaşadım. 30 ildən sonra Şuşaya ayaq basdım. Ən xoşbəxt günüm idi. Bu həsrətlə yaşayırdım. İndi Qarabağ elə gözəlləşib ki, hər gedəndə yeni nəsə görürsən. Bu, məni sevindirir".

Qeyd edək ki, F.Mütəllimova illərdir bir çox tamaşalarda rol alır. Onu tanıdan isə "Səni axtarıram" tamaşasındakı Gülnar obrazı olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью