GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Zelenski fəxr edəcək bir şey etmir – bu müharibə heç başlamamalı idi”.
Globalinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “The Wall Street Journal” qəzetində Ukrayna prezidenti Volodimir Zelenskinin Krım barədə fikirlərini tənqid edib.
Trampın sözlərinə görə, Zelenskinin Krımın “hüquqi olaraq heç vaxt işğal kimi tanınmayacağı” bəyanatı Rusiya ilə sülh danışıqlarına ciddi zərər vurur.
“Krım çoxdan, Obamanın prezidentliyi dövründə itirildi və bu, artıq müzakirə mövzusu deyil.
Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımağı istəmir, amma əgər Krımı istəyirdisə, niyə 11 il əvvəl döyüşmədilər?
O zaman ərazi bir güllə belə atılmadan verildi”, – deyə Tramp bildirib.
O vurğulayıb ki, Krım bölgəsində uzun illərdir Rusiya hərbi-dəniz qüvvələrinin, xüsusilə sualtı qayıq bazalarının mövcudluğu da bu reallığın bir hissəsidir.
“Bu kimi təhrikedici açıqlamalar sülh yolunda irəliləməyə mane olur. Zelenskinin fəxr edəcəyi heç nə yoxdur!