​“O, ERMƏNI İVANİŞVİLIDİR” Saakaşvili ermənilərə müraciət etdi

29.05.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Samvel Karapetyan erməni İvanişvilidir".

“AzPolitika” xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Facebook”-da yazıb.

Saakaşvili Kremlin emissarı olan erməni milyarderin Ermənistanın gələcəyinə təhlükə yaratdığını yazaraq, erməniləri doğru seçim etməyə çağırıb: "Düşünürəm ki, ermənilər İvanişvilinin Gürcüstana nə gətirdiyini bilirlər - korrupsiyaya, cinayətkarlığa, milli sərvətlərin talan edilməsinə, kütləvi siyasi repressiyalara, sosial mediada ifadə azadlığına məhdudiyyətlərə, beynəlxalq təcridə və Moskvaya köləliyə əsaslanan diktatura.

Əziz erməni qonşularım, bu cür ölkə istəyirsiniz? Hazırkı hökumətə nə qədər tənqidi yanaşsanız da, Gürcüstanın səhvini təkrarlamayın.

Gürcüstan da Rusiya qazı olmadan qaldı, amma onu digər qonşularından daha ucuza aldı. Ermənistan da eyni şeyi edə bilər.

İndi həm Avropanın, həm də Amerikanın dəstəyinə sahib olduğunuz üçün bu fürsəti qaçırmayın”.

Saakaşvili erməniləri Kremlin göndərdiyi oliqarxa səs verməməyə çağırıb və bunun intihara bərabər olacağını bildirib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью