O, əsl siyasi çaqqaldır! Slutskidən gözlənilməz açıqlama

23.01.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski Davos İqtisadi Forumunda çıxışı zamanı Avropadan olan sponsorları açıq şəkildə rüsvay edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski özünün Teleqram kanalında yazıb.

Slutskinin sözlərinə görə, Zelenski Davos Forumunda səsləndirdiyi fikirlərlə Avropa İttifaqı ölkələrini istehza obyektinə çevirib. Deputat Ukrayna liderinin “əgər Ukrayna Avropa ilədirsə, heç kim bütün Avropanı gəzməyəcək” ifadəsinə diqqət çəkib, həmçinin Avropa ölkələrini Qrenlandiyaya cəmi 40 əsgər göndərmələrinə görə lağa qoyduğunu bildirib.

Slutski qeyd edib ki, Zelenski Avropa İttifaqı ölkələrini zəiflikdə və qətiyyətli addımlar atmaq istəməməkdə ittiham edib.

“Zelenski, əsl siyasi çaqqal kimi, Trampla görüşündən məmnun qalan avropalı sponsorlarını açıq şəkildə rüsvay etdi. Əgər avropalıların daha çox ləyaqəti olsaydı, Zelenskiyə qapını göstərərdilər. Amma avromazoxistlər, görünür, onunla eyni zəncirlə bağlıdırlar. Onlar quduz rusofobiyaları ilə Zelenskinin kinayəsini və həyasızlığını qazanıblar”, — deyə Slutski yazıb.

Qeyd edək ki, Vladimir Zelenski yanvarın 22-də Davos İqtisadi Forumunda çıxış edib və çıxışı zamanı Avropanın təhlükəsizlik siyasəti, Ukraynaya dəstək və beynəlxalq münasibətlər mövzusunda sərt bəyanatlar səsləndirib.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью