“O gecə şəhər susdu, tanklar danışdı” 20 Yanvar şahidinin xatirələri MÜSAHİBƏ | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
20 Yanvar faciəsinin şahidi Nüsrət Vahabovun SİA-ya müsahibəsini təqdim edirik: – 20 Yanvar gecəsi harada idiniz və həmin günü necə xatırlayırsınız?
20 Yanvar gecəsi Salyan kazarmasının önündə idik. O vaxt tələbə idim.
Gündüz oxuyur, dərsdən sonra isə Bakı Elektrik Maşınqayırma Zavodunda işləyirdim.
Səhərlər tələbə yoldaşlarımla birlikdə Salyan kazarmasının Tbilisi prospekti tərəfdəki qapısında dayanırdıq.
Gündüzlər keşik çəkir, yollardan hərbi texnikanın və silahlı qüvvələrin şəhərə daxil olmasının qarşısını almağa çalışırdıq.
Məqsədimiz şəhəri qorumaq idi. Axşamlar isə dərsdən sonra iş yoldaşlarımla birlikdə kazarmanın digər qapısında növbə çəkirdik.
Zavoddan gətirilən avtobuslarla həmin əraziyə gedirdik. Demək olar ki, gecə-gündüz növbədə idik.
Tam oxu
Xəbəri oxu