Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əməkdar artist Əkbər Əlizadə sosial şəbəkədə arxiv fotosunu paylaşıb.
Axşam.az xəbər verir ki, o, mərhum müğənni Rəhim Rəhimlinin də yer aldığı fotonun 1997-ci ildə lentə alındığını bildirib:
"1997-ci il. Ulu Öndər Heydər Əliyevin qərarı ilə 2 fevral gənclər günü kimi qeyd olundu. Həmin il ilk dəfə olaraq dahi şəxsiyyət Heydər Əliyevin iştirakı ilə İdman Sarayında dövlət tədbiri keçirildi. Tədbirdə aparıcı idim. O gün yaradıcılığıma yazılan tarix oldu. Əziz gənclər bayramınız mübarək! Gəncliyinizi qoruyun, qədrini bilib səmərəli keçirin".