O, heç vaxt belə cəza almamışdı... | Icma.az
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Manuel Noyer uzunmüddətli futbolçu həyatında ilk dəfə meydandan qovulub.“Bavariya”nın qapıçısı Almaniya kubokunun 1/8 finalında “Bayer-04” ilə matçın 17-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.
Noyer cərimə meydançasından kənara qaçıb və əks-hücumu pozaraq rəqib müdafiəçi Jeremi Frimponq ilə çiyin-çiyinə toqquşub.
Rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün meydandan qovulub.Manuel “Bavariya”da 2011-ci ildən oynayır.
O, ötən müddət ərzində bütün turnirlərdə 539 matça çıxıb və 255 oyunda qol buraxmayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu