Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa millisinin futbolçusu Usman Dembele Argentina yığmasının kapitanı Lionel Messi barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, “Actu Foot” nəşrinin məlumatına görə, fransalı hücumçu Messinin hələ də yüksək səviyyədə çıxış etdiyini və böyük təhlükə yaratdığını bildirib.
Dembele 38-39 yaşlı argentinalı ulduzun oyuna təsir gücünü qoruduğunu vurğulayaraq onun yenidən dünya çempionu ola biləcəyini istisna etməyib:
"Lionel Messi mənim gördüyüm ən yaxşı futbolçudur. O, hələ də çox təhlükəlidir və onu dayandırmaq çox çətindir. Yenidən dünya çempionu ola bilər”.
Qeyd edək ki, 2022-ci il dünya çempionatının finalında Argentina Fransa yığmasını məğlub edərək turnirin qalibi olub.