O, hər gün daha da inkişaf edir Okan Buruk

23.11.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun komandadakı oyunu barədə fikirlərini bölüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Le Marca Sports" hesabında yayımlanan açıqlamada qeyd olunub.

Okan Buruk Batrakovu çox istedadlı gənc futbolçu kimi xarakterizə edib. Onun sözlərinə görə, yarımmüdafiəçi məşqlərə ciddi yanaşır, üzərində səylə çalışır və komanda daxilində də hörmət və rəğbət qazanıb.

Baş məşqçi bildirib ki, Batrakov oynamağa və uğur əldə etməyə böyük həvəs göstərir:

"Belə futbolçular məşqçi üçün çox dəyərlidir. O, hər gün daha da inkişaf edir".

Buruk rusiyalı futbolçunun "Qalatasaray" üçün vacib oyunçu olduğunu da vurğulayıb. O qeyd edib ki, Batrakov Çempionlar Liqasının son üç oyununda ardıcıl qol vurub və bu seriyanın davam edəcəyinə ümid edir.

Qeyd edək ki, noyabrın 24-də "Qalatasaray" doğma meydanda Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turu çərçivəsində "Aston Villa" ilə qarşılaşacaq.

Aleksey Batrakov turnirin əvvəlki üç görüşündə ümumilikdə dörd qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью