Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
“İnşallah ölmüsən, növbədə indi öz canımı verməkdir”. Dünənin cümləsi də bu idi.
Hər gün ölkədə ölüm-itim olmasa, olmur, alınmır, bacarmırıq. Və yenə qadın ölümü... Artıq ölkədə belə hadisələrə təəccüblənə bilmirəm.
Səd əfsus ki, qadın ölümləri statistikaya çevrilib. Baxırıq və növbəti xəbərə keçirik. Belə hadisələrə qarşı bütün hisslərimizi itirmişik.
Uzaqbaşı, nəsə bir söyüş söyüb başımızı bulayırıq. Amma və lakin belə hadisələrin üstündən keçdikcə daha da artır.
Əvvəllər həftədə 1-2 dəfə eşidirdik, indi, az qalsın, hər gün eşidirik.
Ki bəs hansısa kişi, tutalım, əsərimizin yeni “qəhrəman”ı Səbuhi nədənsə şübhələnib, bəlkə də, nəsə eşidib, ya görüb Monteneqrodan Azərbaycana gəlib və arvadını “namus” üstündə qətlə yetirib.
Əlahəzrət şamtutanlarımız heç boş dayanar? Qəti və qətiyyən!!! Elə bil, Mətanət başqa kişi ilə bunların evində, ya qonşuluğunda görüşüb.