O, İrəvana gəlir: məsələ təkcə Zəngəzur deyil Erməni KİV

29.01.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ-ın vitse-prezidenti Devid Vensin Ermənistana səfəri zamanı atom energetikası sahəsində əməkdaşlıqla bağlı müzakirə aparacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, ABŞ-ın Ermənistanda modul tipli atom elektrik stansiyasının tikintisini nəzərdə tutan sənəd imzalanması gündəmdədir. Həmin müəssisədə Amerika tərəfinin payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq.

“Bu məsələ artıq bir neçə ildir ki, Ermənistan hakimiyyətinin proqramında var. Daha əvvəl Rusiya da oxşar təkliflə çıxış etmişdi.

Qərb və ABŞ Metsamor AES-in bağlanmasını, modul atom elektrik stansiyalarının inşasını Rusiyanın regiondan sıxışdırılıb çıxarılması planının bir hissəsi kimi nəzərdən keçirirlər”, – nəşr qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью