“O komanda mənim adıma görə qalxıb” Vüqar Nadirov “Hypers Quba” haqda

16.05.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

1-ci liqada pley-offa vəsiqə uğrunda “Hypers Quba” - “Şəmkir” mübarizəsi davam edir.

“Football-plus.az” xəbər verir ki, 26-cı turda “Şəmkir” “Sheki City” ilə, “Hypers Quba” isə “Araz-Saatlı” ilə qarşılacaq. “Şəmkir”in baş məşqçisi Vüqar Nadirovun son turla bağlı fikri:

“Neçə ildi Azərbaycan futbolunun içindəyəm. Hamı bilir ki, mən “Hypers Quba”nı necə gətirmişəm, təbliğ etmişəm. Təkəbbürlük kimi çıxmasın, hər şeyi mən etmişəm. Mənim adıma görə o komanda qalxıb, heç kimin adına görə yox. Mən “Araz-Saatlı”ya inanıram. Biz öz oyunumuza köklənəcəyik. “Sheki City” ilə oyunu düşünürük. Qismətdi, alnımıza nə yazılıbsa, o da olacaq. “Şəmkir”in adı var. Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan klubudu”.


Gənc mütəxəssisin artıq yeni köməkçisi də var:

“Elnur Allahverdiyevi də məşqçi kimi yanıma götürmüşəm. 10 il idi onu axtaran yox idi, yaddan çıxmışdı. C kateqoriyası var. Dedim ki, gəlsin, yavaş-yavaş başlasın”.


MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью