Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Erməni Apostol Kilsəsin
Modern.az-ın məlumatına görə, o bildirib ki, Qaregin əslində ruhanilik statusunu çoxdan itirib və “patriarx taxtını ələ keçirib”.
Paşinyanın sözlərinə görə, Qaregin subaylıq andını pozduğu üçün artıq kilsə nümayəndəsi sayılmır: “O, çoxdan ruhani deyil.
Mən Erməni Apostol Kilsəsinin mömin ardıcılı kimi bəyan edirəm: bu şəxs andını pozub, ailə qurub, övlad sahibidir və kilsə taxtını mənimsəyib.” Baş nazir, həmçinin katolikosun qardaşı, arxiyepiskop Ezrası “KQB agenti” adlandırıb və kilsəni bu şəxslərdən “azad etməyə” and içib: “Mən həyatımı qurban verməyə hazıram ki, kilsəmizi onlardan xilas edim.” Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.