“O, Lamin Yamaldan daha yaxşı futbolçudur”

26.10.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Bavariya”nın prezidenti Uli Höenes futbolçuları Maykl Olis haqqında danışıb.

Futbolpress.az xəbər verir ki, funksioner fransalı hücumçunu uzun müddət komandada saxlamaq istədiklərini deyib:

“Olisin bizimlə müqaviləsi 2029-cu ilə kimidir. İndi bu barədə düşünmürük. O, bizim əsas oyunçularımızdandır və bir neçə il klubda qalmasını arzulayırıq. Mövsümün gedişində danışıqlarımız olacaq. Bizimlə müqaviləsini uzatmaq istəməsə, problem deyil, çünki 2029-cu ilə kimi burada olacaq.

Maykl çox yaxşı performans sərgiləyir və hər matçda artırmaqdadır. O, Lamin Yamaldan daha yaxşı futbolçudur”.

Olis bu mövsüm 11 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью