“O məktəblərin direktorları yaxşı oxumayanları kənarlaşdırıblar”

11.09.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Əvvəl bəzi məktəblər var idi ki, onlarda nəticələr sürətlə yaxşılaşırdı. Araşdıranda məlum olurdu ki, o məktəblərin direktorları yaxşı oxumayan şagirdləri məktəbdən kənarlaşdırıblar. Lakin bu, yaxşı üsul deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, əslində zəif nəticə göstərən şagirdləri məktəbdən uzaqlaşdırmaq yox, onlara dəstək olmaq lazımdır: “Bacarıqlı, olimpiadada nəticə qazanan uşaqlar onsuz da uğur qazanacaqlar. Nisbətən dəstəyə ehtiyacı olan uşaqlara kömək edəndə həm onların nəticələri yaxşılaşır, həm məktəbin uğurları artır, həm də təhsilimiz qazanır”.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью