O məmurlar güllələnməlidir Tramp

15.10.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp mediaya məxfi məlumat sızdıran məmurların güllələnməli olduğunu deyib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, Tramp seçki mitinqində çıxışı zamanı məxfi məlumatların sızdırılmasını sərt şəkildə pisləyib.

“Fikrimcə, məlumat sızdıranlar güllələnməlidir. Təsəvvür edin, onlar başqa ölkəyə nə vaxt hücum edəcəyinizi açıqlayırlar”, – Tramp bildirib.

ABŞ Prezidenti İranı vurmaq üçün planlaşdırılan əməliyyatı məlumat sızdırılması səbəbindən ləğv etməli olduğunu deyib.

“Biri məlumatı sızdırdı. Belələrinin yeri həbsxanadır, hətta güllələnə bilərlər. Onlar ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirməlidirlər”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının Missuri ştatından saat 12:07-də yola düşəcəyi barədə məlumat “The New York Times“ və CNN-də yayımlanıb.

“Məlumat sızdıranlarla çox, çox sərt davranmaq lazımdır", – Tramp əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью