O, məni çox təəccübləndirdi

14.01.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Çelsi"nin baş məşqçisi Entso Mareska müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, icarə əsasında "zadəganlar"ın formasını geyinən hücumçu Ceydon Sançodan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"O, məni çox təəccübləndirdi. Hə, artıq Sançonu yaxından tanıyıram və ondan nə gözləməli olduğumu bilirəm. Amma ortaya qoyduğu sabitlik inanılmaz və möhtəşəmdir. Ceydon uzun müddətdir ki, çox yaxşı oynayır".

Xari mövsüm "Çelsi" forması ilə 17 matça çıxan 24 yaşlı Sanço 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью