O, mənim dövrümdə “bomj” olardı Məşhur boksçu Usik haqda

29.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Üç çəki dərəcəsində keçmiş dünya çempionu, Beynəlxalq Boks Şöhrət Zalının üzvü, amerikalı Ceyms Toni WBO, WBC, WBA və IBO titullarının sahibi Aleksandr Usikdən danışıb.

Publika.az xəbər verir ki, Ceyms Usiki top-boksçu hesab etmədiyini bildirib.

“Usik? O, həvəskar boksçudur. Düzdür, ağır çəkidə çempiondur, amma mənim dövrümdə o, sadəcə “bomj” olardı”, – Toni deyib.

Əvvəllər Toni Usikdən daha yaxşı olan üç müasir boksçunun adını çəkmişdi. Toni Terens Kroufordu, David Benavidezi və Gervonta Deyvisi seçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью