O, Messi və Ronaldu ilə eyni səviyyədə oynayırdı Con Terri

12.04.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Çelsi"nin sabiq müdafiəçisi Con Terri maraqlı açıqlama ilə gündəmə gəlib.

Fanat.Az "Give me Sport"a istinadən xəbər verir ki, o, belə danışıb:

"Eden Hazar "Çelsi"nin ən istedadlı oyunçusu idi. Hazarın ortaya qoyduğunu magiya adlandırmaq daha doğru olar. Messi və Ronaldu ilə eyni səviyyədə oynayırdı".

Xatırladaq ki, Hazar karyerasını 2023-cü ildə bitirib. 32 yaşında butslarını mıxdan asan belçikalı "Çelsi" forması ilə 352 matça çıxıb.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью