O, meydanda əsl canavar kimi idi

06.06.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"O, meydanda əsl canavar kimi idi"

Madrid "Real"ının hücumçusu Kilian Mbappe karyerası ərzində qarşılaşdığı ən çətin olan müdafiəçidən danışıb.

QOL.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, fransalı ulduz bu mövqedə niderlandlı ulduz müdafiəçini fərqləndirib:

"Üç-dörd il əvvəl van Deykə qarşı oynamaq mənə böyük zövq verirdi. Çünki həmin vaxt o, öz mövqeyində dünyanın ən yaxşı futbolçusu seçilmişdi. O, meydanda əsl canavar kimi idi".

Xatırladaq ki, mərkəz müdafiəçisi Vircil van Deyk 2018-ci ilin yanvarından bəri İngiltərənin "Liverpul" klubunun uğurları üçün çalışır. Mersisayd təmsilçisinin heyətində keçirdiyi müddət ərzində 34 yaşlı futbolçu bütün turnirlər daxil olmaqla ümumilikdə 374 matçda meydana çıxıb, bu oyunlarda 36 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью