Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səid Əl-Mala “Mançester Siti”nin hədəfinə düşüb.
"Football-plus.az" xəbər verir ki, komandanın baş məşqçisi Xosep Qvardiola “Köln”ün sol cinah oyunçusuna ciddi maraq göstərir. Məlumata görə, “şəhərlilər”in skautları son oyunlarda 19 yaşlı futbolçunu canlı izləyiblər. Bundan başqa, “Köln”ün yeniyetmə vinger üçün 40 milyon avro tələb etdiyi bildirilir.
Məlumata görə, futbolçu “Borussiya” (Dortmund ) və “Bavariya”nın da diqqət mərkəzindədi. Bir müddət əvvəl İspaniya mətbuatında “Barselona”nın mövsümün sonunda futbolçunu transfer edə biləcəyi haqda məlumatlar yayılmışdı.
Səid bundesliqanın cari mövsümündə 10 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.