O, müəllifi olduğu ordeni aldı

23.10.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın "İstiqlal" ordeninin müəllifi Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov imiş. 

"Yeni Sabah" xəbər verir ki, bunu Prezidenti İlham Əliyev oktyabrın 23-də ona “İstiqlal” ordenini təqdim edərkən vurğulayıb. 

Dövlət başçısı qeyd edib: "Biz sizinlə 50 ildən çoxdur ki, tanışıq və bu illər ərzində həmişə görüşəndə xoş hisslər keçiririk. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz bir neçə yüksək dövlət ordenləri ilə təltif olunmusunuz - “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə. Bu gün isə yubileyiniz ərəfəsində mən sizi dövlətimizin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edirəm. İcazə verin, bu ordeni sizə təqdim edim. Pepperoni pizza

“İstiqlal” ordenini Fərhad Xəlilova təqdim edildikdən sonra Xalq rəssamı bildirib: "Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam".

Prezident İlham Əliyev: Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz".

Xatırlatma: "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilib. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi olub.

Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiqlənib. Qanuna əsasən orden aşağıdakılara görə verilir:

Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə;

Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə;

Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə.

Əziz Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью