“O müharibədə bir həftəyə qalib gələrdim” Trampdan yeni iddia

02.11.2026

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


ABŞ Prezidenti Donald Tramp əgər o dövrdə Amerika lideri olsaydı, Vyetnam müharibəsində (1955-1975) cəmi bir həftəyə qalib gələ biləcəyi iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə aralıq konqres seçkiləri ədəfəsində Ayova ştatında respublikaçı tərəfdarları üçün keçirilən mitinqdə bildirib.
“Vyetnam müharibəsi 21 il davam etdi, minlərlə, yüz minlərlə insan öldürüldü. Mən isə Vyetnam müharibəsində bir həftəyə qalib gəilərdim”, - deyə o, qeyd edib.
O əlavə etdi ki, amerikalılar Ho Şi Min şəhərini hədəf almaq əvəzinə, illərlə meşələrə yüksək zəhərli “Agent Orange” defoliantı çiləyiblər.
Sayqon (1976-cı ildə Ho Şi Min şəhəri belə adlandırılıb) ABŞ ordusu tərəfindən dəstəklənən Cənubi Vyetnam qüvvələrinin mərkəzi olub.
Tramp həmçinin Əfqanıstandakı müharibədı də çox qısa bir vaxtda müddətdə qalin gələsəyini iddia edib.
Qeyd edək ki, Vyetnam müharibəsi (1955-1975) 20-ci əsrin ikinci yarısının ən böyük hərbi münaqişələrindən biri olub. O, ölkənin ən böyük şəhəri olan Sayqonun Vyetnam Xalq Ordusu tərəfindən Cənubi Vyetnam qüvvələrindən azad edilməsi ilə başa çatıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью