O, niyə evdə öz kitablarını saxlamırdı? Qismət

22.04.2025

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Qismət Rüstəmovun yeni yazısını təqdim edir.

1938-ci ildə, yeni il məclisindən evə qayıdarkən, Borxes başını açıq qalmış bir pəncərənin sivri ucuna çırpır.

Həmin vaxt fikir verməsə də, bir-iki gün sonra yarası iltihablanır və Borxes bir həftə boyunca qızdırma içində sayıqlayır.

Artıq danışa bilməyəndə onu təcili xəstəxanaya çatdırırlar, məlum olur ki, qanı zəhərlənib.

Bir ay ölüm-dirim mübarizəsi verir. Yazır ki, düzəlməyə başlayanda içimə qəribə bir qorxdu düşdü: birdən ağlımı itirərəm.

O ərəfələrdə anama yeni kitab aldırmışdım ki, gecələr mənə oxusun, ancaq qorxudan onun kitabı oxumasını ertələyərdim, bir gecə anam kitabı oxumağa başladı və mən ağlaya-ağlaya dedim ki, ana, hər şeyi başa düşürəm!

Deyilənə görə, Borxes xəstəxanadan çıxandan sonra bir-bir dükanları gəzib əvvəllər çap olunmuş bütün kitablarını alıb məhv etməyə başlayır.

Və ölənə qədər evində bircə ədəd də olsun öz kitabından saxlamır.

Belə deyirmiş: öz yazdıqlarına vurğun olan yazıçı estetik inqilab edə bilməz!

Xorxe Luis Borxes

İlham Qəhrəmanın yeni kitabları çap olundu #Novruz2025 ilk onlayn festivalının yekunları Cabbar Qaryağdıoğlu kimdir?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью