Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, Tramp tikinti zamanı "ən möhkəm poladdan" və atom elektrik stansiyalarında istifadə olunan betondan yararlanıldığını qeyd edib.
"Bu, nüvə betonudur. Düşünürəm ki, onu dağıtmaq çox çətin olardı. O, nüvə hücumuna davam gətirmək üçün nəzərdə tutulub. Əmin deyiləm ki, onu sökmək mümkün olacaq", – deyə Tramp bildirib.
Ağ Evin adının açıqlanmadığı rəsmisinin sözlərinə görə, prezident bal zalının tikintisini öz irsinin bir hissəsi kimi nəzərdən keçirir və layihəni prezidentlik müddətinin sonuna qədər başa çatdırmağa çalışır. Mənbə qeyd edib ki, tikinti başa çatdıqdan sonra demokratların Trampın gördüyü işdən imtina etməsi çətin olacaq.
Bununla belə, Tramp özü də etiraf edib ki, vəzifədən getdikdən sonra ABŞ-da, ehtimal ki, onun şərəfinə heç kim abidə ucaltmayacaq. "Mən gedəndən sonra heç kim bunu etməyəcək", – deyə prezident bildirib.