“O olmasın, bu olsun” filminin kadrarxası görüntüləri | Icma.az
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1956-cı ildə ekranlara çıxan “O olmasın, bu olsun” filmi Azərbaycan kino tarixində özünəməxsus yer tutur.
Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilmiş bu komediya janrlı film təkcə dövrünün mədəni hadisəsi deyil, həm də milli kino tariximizdə bir dönüş nöqtəsi oldu.
AzPost bildirir ki, filmdə XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı şəhərində cərəyan edən hadisələr təsvir olunur.
Sərvər və Gülnazın məhəbbəti üzərində qurulan süjet cəhalətə, feodal stereotiplərinə və maddiyyatın üstünlüyünə qarşı mübarizə ruhu daşıyır.
Bununla yanaşı, film cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları – tacirlər, qoçular, alverçilər və satqın jurnalistləri də satirik şəkildə təqdim edir.
Rejissor Hüseyn Seyidzadə, hətta mənfi personajları belə tamaşaçının yaddaşına sevdirə bilmişdi.
Filmin çəkiliş prosesi isə kifayət qədər maraqlı hadisələrlə yadda qalıb.
Tam oxu
Xəbəri oxu