O, öz oğlunun boğazına bıçaq dayayaraq arvadını hədələdi

19.11.2024

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

O, öz oğlunun boğazına bıçaq dayayaraq arvadını hədələdi

Burdurda yaşayan və boşanan həyat yoldaşına videozəng edən şəxs bıçaqı öz övladının boğazına dayayıb. Həmin şəxs məhkəmə günü arvadını öldürməklə hədələyib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Burdurda dəhşətli hadisə baş verib. Şiyar Alparslan adlı şəxs boşanma prosesində olan həyat yoldaşına video zəng edib. Kişi övladının boğazına bıçaq dayayıb və həyat yoldaşını hədələyib.

Öz övladının ağlamasına əhəmiyyət verməyən şəxs həyat yoldaşını "məhkəmə günü səni öldürəcəm" deyə hədələyib. Sosial şəbəkələrdə yayılan görüntülər insanı dəhşətə gətirib.

Görüntülərin ortaya çıxmasının ardından polis qrupları hərəkətə keçdi.

İzmir Qubernatorluğu məsələ ilə bağlı verdiyi açıqlamada şəxsin tutulduğunu bildirib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью