Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
KİV-də Rusiya Prezidenti Vladimir Putinin qızı kimi təqdim olunan Katerina Tixonova tələbə icmasının illik Ümumrusiya “Razqon” festivalında çıxış edib.
OLAY yazır ki, tədbir “Rusiya” Milli Mərkəzində keçirilib və Ümumdünya Rus Birliyi Gününə həsr olunub.
40 yaşlı Tixonova “İnnopraktika” şirkətinin baş direktoru vəzifəsində çalışır. O, səhnəyə çıxaraq festival iştirakçılarına müraciət edib.
Xatırladaq ki, Vladimir Putin iki qızının anası Lyudmila Putindən 30 illik evlilikdən sonra 2013-cü ildə boşanıb. Bununla belə, Rusiya prezidenti özü Tixonova və Vorontsovanın onun övladları olduğunu heç vaxt açıq şəkildə təsdiqləməyib və onlardan danışarkən “bu qadınlar” ifadəsini işlədib.