O qadının günahı nədir?

16.05.2025

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Bu gün  Bakının Nizami rayonunun bir neçə  yerində küçə ticarəti tüğyan edir. Metronun  " Qara Qarayev" stansiyasının çıxışında  onların əlindən tərpənmək olmur.Anti- sanitariya şəraitində satılan bostan- tərəvəz və digər məhsullar insanların haqlı narazılığına səbəb olur.

Bu anları isə  polis əməkdaşları çox soyuqqanlı  halda müşahidə edirlər. Hansı ki, onların vəzifəsi küçə ticarətinin qarşısını almaqdır. Ən qəribə hadisə isə  8- çi Kilometr bazarının ətrafında baş verir. Burda küçədə nə desən  satılır.

Hətta iyilənmiş balıq belə. Amma bunları heç birini həmin yerdə xidmət edən Çevik Polis Alayının əməkdaşları görmürlər. İstədikləri adamın qanunsuz  küçə ticarətinə  göz yumurlar və onların dedikləri ilə oturub- durmayan adamı polis  bölməsinə aparırlar.Mayın 16- da saat 11: 20- də  Çevik Polis Alayının üç əməkdaşı bazarın ara yolunda  alver edən bir qadınla mübahisə edirdilər. Yenə onu deyirdilər ki, burda alver eləmə! Qadın yazıq və kimsəsiz insana oxşayırdı. O da özünü haqq qazandırıb dedi ki, gözünüz təkcə məni görüb, görün, küçədə nə qədər adam alver edir.

Mübahisə bir qədər də gərginləşdi. Çevik Polis Alayının əməkdaşları Polis Bölməsindən  əlavə əməkdaşlar çağırdılar, sanki qatı bir cinayətkar yaxalamışdılar. Bölmədən gələn üç qadın polis əməkdaşı isə alver etmək istəyən o yazıq qadının qolundan möhkəm- möhkəm yapışmışdılar.Qadın isə qışqıra- qışqıra deyirdik  ki, bölməyə getmirəm, gözünüz elə məni görüb, niyə basqaların yox , məni aparırsımız! Polis qadınlarsa , heç nəyə əhəmiyyətli vermədən  o qadını polis maşınına sarı aparırdı.

Küçədə alver edən orta yaşlı bir kişi isə deyirdi ki,bir bu arvada bax , dünən gəlib , burda alver etmək istəyir, amma mən canımı bu bazarda qoymuşam, mənlə sənə fərq olmalıdır, ya yox?! Əgər polis küçə ticarətinə qarşı mübarizə aparırsa, bu yaxşıdi, amma birini aparıb, o birilərinə göz yumursa,  bu, çox pisdir. Birmənalı olaraq  qanun  pozuntusudur. Və vallah, vətəndaşla, özü də kimsəsiz və  zəif qadınla elə davranmaq polisin nüfuzuna  xələl gətirir.Axı , bu xalq Azərbaycan Polisinin çox istəyir, elə mənim özüm də !!!

Faiq Qismətoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью