“O, qaldığı müddətdə oynamayacağam” Millidən getdi

08.09.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ayaks”ın yarımmüdafiəçisi Sofyan Amrabat Mərakeş milli komandasından ayrıldığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı futbolçu hazırkı baş məşqçi Məhəmməd Uahbinin rəhbərliyi altında bir daha milli komandada çıxış etməyəcəyini bildirib.

Amrabat sosial şəbəkə hesabında paylaşım edərək çətin bir qərar verdiyini vurğulayıb:

“Mərakeş millisində oynamaq karyeramın ən böyük şərəfi idi. 12 il əvvəl ilk dəfə dəvət alandan bəri ölkəm üçün hər şeyi vermişəm. Bu, çox çətin qərar idi, lakin hazırkı baş məşqçinin rəhbərliyi altında millini təmsil etməyə davam edə bilməyəcəyimi hiss edirəm. O, postunda qaldığı müddətdə matçlara çıxmayacağam.

Komandaya hörmətimdən bu qərarın səbəblərini gizli saxlamağa üstünlük verirəm. Aydın şəkildə bildirmək istəyirəm ki, beynəlxalq futboldan tamamilə getmirəm və Mərakeşi yenidən təmsil etmək üçün qapını bağlamıram”.

Qeyd edək ki, Məhəmməd Uahbi mart ayında Mərakeş millisinin baş məşqçisi postuna gətirilib və komandanı 2026-cı il Dünya Çempionatının 1/4 finalına qədər yüksəldib.

Milli komandada debütünü 2017-ci ildə edən Amrabat indiyədək yığmanın heyətində 78 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью