“O, “Qarabağ”da yaxşı oynayır” Marko Rossi

16.09.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi

Macarıstan millisinin baş məşqçisi Marko Rossi “Qarabağ”ın futbolçusu Bense Varkonyinin yığmaya dəvət olunmasına münasibət bildirib.

QOL.az macar mediasına istinadən xəbər verir ki, italiyalı mütəxəssis UEfA Millətlər Liqasının qarşıdakı oyunları üçün heyəti açıqladıqdan sonra keçirdiyi mətbuat konfransında ilk dəfə əsas milliyə çağırılan Varkonyini bir müddətdir izlədiklərini deyib.

Rossi bildirib ki, futbolçunun milliyə dəvəti hələ yayda gündəmdə olub:

“Bense Varkonyini hələ iyunda milliyə çağırmaq məsələsini nəzərdən keçirmişdik, amma sonda başqa qərar verdik. O vaxtdan bəri klubunu dəyişib, müntəzəm çıxış edir və “Qarabağ”da yaxşı oynayır. Buna görə də artıq onun bizimlə olması üçün uyğun vaxtın çatdığını düşündük”.

Xatırladaq ki, Marko Rossi “Qarabağ”ın 24 yaşlı mərkəz müdafiəçisini UEFA Millətlər Liqasının dörd qarşılaşması üçün açıqlanan heyətə daxil edib. Macarıstan yığması UEFA Millətlər Liqasında sentyabrın 25-də Ukraynanı qəbul edəcək. Komanda sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 2-də Gürcüstan, oktyabrın 5-də isə Ukraynanın qonağı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью