“O qədər pulu var, “Frontier Airlines”də uçur...” Uayt Həbibi qınadı

21.01.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Dağıstanlı sabiq MMA döyüşçüsü Həbib Nurməhəmmədovun stüardessa ilə münaqişə üzündən təyyarədən qovulduğunu xəbər vermişdik.

UFC prezidenti Dana Uayt bu qalmaqala özünəməxsus şəkildə reaksiya verib:

“Həbib daha döyüşmür, ona görə ki, pulu başından aşır. Belə görünür ki, çarter reyslərində yeri necə bron etməyi ona öyrətməliyəm. Onun pulu başqalarından daha çoxdu. Amma elə təvazökardı ki, bu lənətəgəlmiş aviaşirkətin təyyarəsində uçur. Həbib “Frontier Airlines” şirkətinin adını belə bilməməlidi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью