Icma.az, Olay.az saytına istinadən bildirir.
Türk pop musiqisinin “Superstar”ı Ajda Pekkan Ankarada verdiyi konsert zamanı səmimi etirafı ilə diqqət çəkib.
OLAY yazır ki, məşhur sənətçi “Üç Kalp” mahnısını ifa etməzdən əvvəl tamaşaçılara müraciət edərək tənhalığından danışıb: “O qədər tənhayam ki... Şöhrət belə bir şeydir. Nə qədər gözəl görünsə də, bütün bu işıqların altında bir o qədər də tənha oluram. Həyatınızda hər zaman yoldaşınızı tapa bilmirsiniz. Amma siz mənim həyatımdakı hər şey oldunuz. Buna görə sizə çox təşəkkür edirəm.”
Sənətçinin bu səmimi sözləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.