O qəzada xəsarət alan uşaq xəstəxanada öldü Atası da həlak olmuşdu

26.04.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, aprelin 22-də gecə saatlarında baş verən yol qəzasında xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Təvəkkül Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. T.Şirəliyev aldığı xəsarətlərdən vəfat edib. Onun 2016-cı il təvəllüdlü oğlu Kənan və baldızının 15 yaşlı oğlu Fəqan Qocayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, qəzaya düşənlər yaxın qohumun əsgər gedən övladı üçün təşkil edilmiş yığıncaqdan qayıdırmışlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью