O, ruhi xəstə olduğunu bildirən qeyd buraxaraq intihar edib VİDEO

24.12.2024

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

O, ruhi xəstə olduğunu bildirən qeyd buraxaraq intihar edib - VİDEO

Adıyamanın Kahta rayonunda 48 yaşlı M.U intihar etməzdən əvvəl psixoloji problemləri olduğunu bildirən qeyd qoyub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, əldə edilən məlumata görə, Turqut Özal məhəlləsindəki yaşayış massivlərində təmizlik işləri görən M.U qaldığı blokun çardağında tapança ilə başına atəş açaraq intihar edib.

Uşaqlarının xəbəri ilə hadisə yerinə həkim və polis qrupu göndərilib. Sağlamlıq qrupları M.U-nun hadisə yerində öldüyünü müəyyən edib.

Evin divarına "Mən ruhi xəstəyəm, heç kim cavabdeh deyil" qeydini qoyaraq intihar edən M.U.-nun evli və 3 uşaq atası olduğu, 15 yaşlı oğlunun olduğu öyrənilib, o da 3 il əvvəl İstanbulda intihar edib.

Meyit Kahta Dövlət Xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью