O səs Türkiyənin münsifləri onlar oldu

30.11.2024

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Məşhur “O səs Türkiyə” yarışmasının növbəti buraxılışının münsifləri bəlli olub.

Axşam.az xəbər verir ki, heyətdə Beyazıt Öztürk, Ebru Gündeş, Murat Boz yerində qalıb. Lakin Oğuzhan Koç proqramdan ayrılıb.

Onun əvəzinə komandaya sürpriz sima daxil olub. Məlumata görə, qırmızı kresloların birində Sinan Akçıl əyləşəcək. Amma hələ qarşı tərəf xəbəri təsdiqləməyib. 

Qeyd edək ki, bundan əvvəl münsif kürsüsündə Ajda Pekkanın da adı hallanırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью