O, şirlə selfi çəkdirmək istəyərkən az qala öləcəkdi VİDEO

19.11.2024

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

O, şirlə selfi çəkdirmək istəyərkən az qala öləcəkdi - VİDEO

Şir qəfəsinin önündə şəkil çəkdirmək istəyən kişi qəfildən heyvanın hücumuna məruz qalıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Şir güclü çənələri ilə kişinin qollarını və ayaqlarını dişləyərkən, caynaqları ilə onun bədənini parçalamağa başlayıb. Yerdə qıvrılan adam ağrıdan qışqırdı: "Bağışla məni" və "Dur, Simba, xahiş edirəm" - deyərək yalvardı.

Kişinin dostu əvvəlcə özü müdaxilə etməyə çalışsa da, buna nail ola bilməyib. Daha iki nəfər köməyə gələndə şir kişini buraxdı. Paltarı cırıq və qolu yaralanan şəxs dərhal xəstəxanaya çatdırılıb.

Bu hadisə Pakistanda getdikcə adiləşən evdə vəhşi heyvan saxlamaq vərdişini sual altına qoyub. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bu təhlükəli tendensiyanın ciddi nəticələri ola bilər.

Oxşar hadisə bu yaxınlarda Nigeriyada da baş verib və burada zooparkda şir öz baxıcısını öldürüb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью