O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən çox sevilən böyük şairlərindən biri …
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Fevralın 13-də xalqımızın böyük şairi Bəxtiyar Vahabzadənin anım gündür.
Redaktor.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov özünün feysbuk hesabında Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım edib.
"O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən çox sevilən böyük şairlərindən biri idi.
Universitetin (Bakı Dövlət Universiteti - red.) rektoru və təhsil naziri işlədiyim dövrlərdə Bəxtiyar müəllimlə dəfələrlə görüşmüşdüm.
Təhsil naziri təyin olunduqdan sonrakı ilk görüşümüzü yaxşı xatırlayıram, məni təbrik etdikdən sonra dedi ki: Uşinskinin ana dili haqqındakı məqaləsini, Azərbaycan dilinə tərcümə edib, "Müəllim" qəzetində çap etdirsən yaxşı olar.
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dili onun yaradıcıllığında xüsusi yer tutur.
Dəfələrlə onun Azərbaycan dili ilə bağlı məsələlərin müzakirəsində ciddi söz deməsinin şahidi olmuşam.
Növbəti görüşümüz Şəkidə onun evində baş tutdu. Şəkidə “Müəllimlərin avqust konfransına” getmişdim, məni evinə dəvət etmişdi.
Tam oxu
Xəbəri oxu