Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Andrea Kambyaso yayda “Yuventus”dan ayrıla bilər.
İtaliyalı müdafiəçini “Liverpul” transfer etməyi planlaşdırır.
“La Gazzetta dello Sport”un məlumatına görə, İngiltərə klubunun rəhbərliyi 25 yaşlı futbolçuya “Real”a keçəcəyi gözlənilən Trent Aleksander-Arnoldun layiqli xələfi gözü ilə baxır.
Kambyaso “Yuventus”da 2022-ci ildən çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.