Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Cəmiyyət həyatının tanınmış simalarından olan Derin Mermerci atasından miras qalan villanı satmayacağını bildirib.
Bizim.Media xəbər verir ki, İstanbulda Kandilli sahilindəki villasında yaşayan D.Mermerci qatıldığı tədbirdə evdə tez-tez nasazlıqların yarandığını desə də, məkanın onun üçün mənəvi dəyər daşıdığını vurğulayıb:
"Allah heç kimə göstərməsin, amma çörəyə möhtac qalsam da, yenə də satmaram. Nəticədə atamdan qalıb".
Özünü nasaz hiss etməsinə baxmayaraq tədbirə qatılan D.Mermerci heyvanlara yardım fəaliyyətindən də danışaraq bu həftə dörd heyvan aldığını və bu işi davam etdirəcəyini qeyd edib.
Bizim.Media