Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Vətəndaşların sözlərinə görə, həmin fermadan yayılan kəskin qoxu səbəbindən rahat nəfəs almaq mümkün deyil.
Ölkə.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı kənd sakinləri Baku TV-yə narazılıqlarını bildiriblər.
“Fermada çoxlu sayda heyvan saxlanılır. Biz öz evimizdə dinc yaşamaq istəyirik. Evlərimizdə uşaq, qoca, xəstə, hamilə qadınlar və körpələr var. Ətrafa dözülməz qoxu yayılır”, – onlardan biri söyləyib.
Ferma sahibi Əlizamin İbrahimov isə məsələnin məhkəmədə araşdırıldığını deyib.
“Sakinlərin şikayət etmədikləri qurum qalmayıb. Məsələ ilə bağlı araşdırma gedir. Bura mənim kənd təsərrüfatı təyinatlı torpağımdır. Həmin torpaqda mal-qara, toyuq saxlamaq hüququm var”, – o söyləyib.