O xəritələrdən imtina etsək… Paşinyan hədələdi

12.12.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən imtina etməkdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbukda yazıb.

“Biz müstəqilliyi Sovet Ermənistanının ərazisi vasitəsilə əldə etmişik və beynəlxalq birlik bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sadiq qalmaq bizim üçün mühüm təhlükəsizlik buferidir”, – o bildirib.

Paşinyan deyib ki, ermənilər öz ərazilərini tanımamaqla başqalarına da yol açmış olurlar:

“Özümüz beynəlxalq səviyyədə qəbul edilmiş ərazimizi dəqiq tanımırıqsa, başqalarına da bizə istinad etməklə onu tanımamağa imkan veririk”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью