O, Yerin gözəli seçildi | Icma.az
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Filippinin Paranyakke şəhərində dörd ən böyük beynəlxalq gözəllik müsabiqəsindən biri olan "Yer gözəli” iştirakçılarının mükafatlandırma mərasimi başa çatıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mükafatlandırma mərasimi “YouTube”da yayımlanıb. Yarışda 76 ölkədən qızlar iştirak edib.
Finalda, ənənəyə görə, dörd qalib seçilir - hər element üçün bir.
Ən şərəfli titul “Yer gözəli” sayılır, lakin digər elementlərin də öz kraliçaları var - Hava, Od və Su.
Əvvəldən yarışın favoriti islandiyalı Hrafnhildur Haraldsdottir və amerikalı Bea Millan-Vindorski hesab olunurdu.
Proqnozlar özünü doğruldub: ABŞ nümayəndəsi “Su gözəli” titulunu alıb, islandiyalı isə “Hava gözəli” olub.
“Od gözəli” tituluna Perudan olan Niva Antezana layiq görülüb.
Tam oxu
Xəbəri oxu