Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
SEPAH-ın Qüds qüvvələrinin 6 yüksək rütbəli zabiti, bir diplomat və 3 iranlı podratçı ABŞ-ın Beyrutdakı səfirliyinə sığındığı barədə məlumatlar yayılıb.
Amerika səfirliyinin rəsmisi isə iddia edib ki, briqada generalı rütbəli bu müşavirlərdən biri İran daxilində gizli hərbi yerlər barədə konkret məlumat müqabilində sığınacaq almağa zəmanət istəyib.
Lakin bu xəbərin doğru olub-olmadığı təsdiqlənməyib. Bu real ola bilərmi? Hansı səbəbdən həmin şəxslər ABŞ-a sığınmağa çalışıblar?
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, bu xəbərin doğru olması ehtimalı yüksəkdir: “Son proseslər, xüsusən də Suriyada Əsəd rejiminin devrilməsi sözügedən məsələlərin ortaya çıxmasına zəmin yaradır.
Anar İsayev Bəşər Əsədin hakimiyyətdə qalmasına iki ölkə İran və Rusiya dəstək olurdu. Suriya ərazisində Rusiyanın iki hərbi bazası var.
Hava hücumundan müdafiə və hərbi donanması yerləşirdi. İranın proksi qüvvələri HƏMAS, “Hizbullah” Suriya ərazisində yerləşirdi.
2010-cu ildə Yaxın və Orta Şərqdə “Ərəb baharı” başlayanda bir çox ölkədə hakimiyyət çevrilişi baş verdi.