O zaman bir çox problemlər öz həllini tapar Təhsil eksperti

04.02.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mütləq hər sinifdə müəllimə məxsus, işlək vəziyyətdə olan kompüterin olması vacibdir. Həmin kompüter mütləq ağıllı lövhəyə və ya proyektora qoşulmalı, eyni zamanda internetə bağlı olmalıdır. Müəllim həmin kompüter vasitəsilə slaydlarını, təqdimatlarını, videoları, simulyasiyaları, 3D modelləri və s. göstərə bilməlidir. Bunların hamısı bir kompüter, internet və proyektor vasitəsilə həll oluna biləcək məsələlərdir".

Bunu 525.az-a təhsil eksperti eksperti Qoşqar Məhərrəmov deyib. O bildirib ki, hər bir sinif otağında müəllimə məxsus, işlək kompüterin olması və onun ağıllı lövhə və ya proyektorla, həmçinin internetlə təmin edilməsi vacibdir. Bu texniki imkanlar dərs zamanı rəqəmsal resurslardan səmərəli istifadəni təmin edərək tədrisin keyfiyyətini və interaktivliyini artırır: "

Ona görə də biz şiddətlə tövsiyə edirik ki, məktəblərdə bu minimum standartlar tətbiq olunsun. Yəni bütün auditoriya və siniflərdə qeyd etdiyim bu məsələlər öz yerini tapsa, düşünürəm ki, bir çox problemlər həllini tapar".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью