O zaman tutulsaydım... Reza Deqati

20.01.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"35 il öncə bu gün qeyri-leqal formada Bakıya gəldim. Düşünürdüm ki, bu hadisələri işıqlandırmaq çox vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri tanınmış fotoqraf Reza Deqati bildirib.

Deqati bildirib ki, baş vermiş faciə dünya miqyasında göstərilməli, nümayiş etdirilməli idi:

"Mən də bu yolla Bakıya gəlməyi özümə borc bildim".

Dediyinə görə, onun həbs edilməsi ilə bağlı ciddi təhlükələr olub:

"Əgər tutulsaydım, yox olacaqdım. Mən çox şadam ki, hər şeyə rəğmən Qanlı Yanvar hadisələrini işıqlandırdım".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью