“OBA” dakı yanğında xəsarət alan şəxslərin son durumu açıqlandı

27.02.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün səhər saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadası 3 qadını müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edib: "Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью