OBA marketdə partlayış

27.02.2025

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib. İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir.

Gununsesi.info bildirir ki, bu barədə OBA Marketlər Şəbəkəsinin sözçüsü Ülkər  Qasımova deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Daha ətraflı məlumat veriləcək.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью